Cəmiyyət

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

26 Aprel 2026 11:29
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Milli Hidrometeorologiya Xidmətinin aprelin 26-sı saat 11:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Milli.Az xəbər verir ki, düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.