Hadisə

Salyanda ağır qəza: Ölən var

26 Aprel 2026 09:46
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisində baş verib. 

Belə ki, "VAZ" markalı minik avtomobili yol kənarında dayanmış "Qazel" markalı yük avtomobilinə çırpılıb. 

Qəza zamanı "Qazel"-in yanında olan kənd sakini, 1986-cı il təvəllüdlü Feyzullayev Ruslan Mərdan oğlu iki avtomobilin arasında qalaraq ağır xəsarətlər alıb. 

Yaralı xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib. Piyada aldığı ağır xəsarətlərdən ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.