Süd bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.
Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə artmasıdır. Belə ki, bu məhsullar üçün ümumilikdə 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 3,945 milyon dollar və ya 61 faiz artım deməkdir. Yəni idxal həcmi artsa da, dəyər artımı onu xeyli üstələyib.
Mütəxəssislərin fikrincə, idxal xərclərinin bu templə artması daxili bazarda süd və süd məhsullarının qiymətlərinə də təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxal olunan südə xərclənən vəsaitin artmasının əsas səbəbləri qlobal ərzaq inflyasiyası, istehsal xərclərinin yüksəlməsi və logistika xərclərinin artmasıdır:
"Bundan əlavə, daha yüksəkkeyfiyyətli və baha məhsullara üstünlük verilməsi də ümumi idxal dəyərini artırmış ola bilər. Daxili bazara gəlincə, bu artım tempinin davam etməsi süd məhsullarının pərakəndə qiymətlərinə də yansıya bilər. Yəni yaxın bir ayda süd məhsullarının qiymətləri arta bilər.
İdxalın ümumi xərclər içindəki payı 0,2% olsa da, daxili tələbatın bir hissəsi hələ də xaricdən gətirilən məhsullarla ödənilir. Bu isə sektoru ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir. Belə bir mənzərə yerli südçülük istehsalının gücləndirilməsi məsələsini daha da aktuallaşdırır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff





