Qeysəriyyə ilə bağlı bunu mütləq bilməlisiniz!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Planlı qeysəriyyə kəsiyi əməliyyatları hamiləliyin 38-ci həftəsi tamam olduqdan sonra həyata keçirilməlidir. Amma çox təəssüf ki, Azərbaycanda planlı qeysəriyyə kəsiyi əməliyyatları hamiləliyin 37-38 həftəsində də edilir".
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-in Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov deyib.
Qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuş zamanı nə ana, nə də uşağın doğuş stressi keçirmədiyini deyən R.Hüseynovun sözlərinə görə, bəzi səbəblər hamiləliyin 38-ci həftədən tez əməliyyatla başa çatdırılması üçün birbaşa tibbi göstərişdir: "Bu əməliyyatların həyata keçirilməsi üçün həm ana, həm də uşağın sağlamlığı baxımından tibbi göstəriş ola bilər. Bəzi hallarda ana bətnində uşağın inkişafının 2 həftədən çox ləngiməsi də qeysəriyyə əməliyyatının aparılması zərurətini yaradır. Belə hallar olduqda qeysəriyyə kəsiyi əməliyyatı hamiləliyin ən kiçik həftəliyində də edilir".
Lakin baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlıqlarında böyük problemlər yaradır.
Onun sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərində problemlərin yaranmasına səbəb olur.
R.Hüseynovun sözlərinə görə, 38-ci həftədən tez, planlı qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqların beyin inkişafı indeksinin ümumi populyasiyadan 6 faiz aşağı olduğu artıq dünya elmində sübut olunub:
"Səhiyyə Nazirliyi əməliyyatların tibbi göstərişlər əsasında ciddi nəzarət edir. Ancaq çox təəssüf ki, Azərbaycanda hələ də 38 həftədən tez planlı əməliyyatların edilməsinə rast gəlinir. Bəzi hallarda həkimlər buna fikir vermirlər, köhnə fikirlərlə, prinsiplərlə bu əməliyyatı vaxtından əvvəl edirlər. Bəzən də həkimlər doğuşun çətin keçə bilməsindən, müəyyən problemlərin yarana bilməsindən özlərini bəlkə də sığortalamaq üçün bu əməliyyatı edirlər".
Baş neonatoloqun sözlərinə görə, qeysəriyyə kəsiyi əməliyyatlarının hamiləliyin 38-ci həftəsindən tez edilməsi analarda da ana südü ilə bağlı problemlərin yaranmasına imkan verir. Bu da uşaqların süni uşaq yeməkləri ilə qidalanmasına və bununla bağlı fəsadların yaranmasına gətirib çıxarır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı
-
"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı
-
Sabahın havası onlarda narahatlıq yarada bilər
-
"Bivəfa" ilk dəfə mənə təklif edildi, istəmədim"
-
“Barselona”nın 2 həftə vaxtı qaldı
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur





