Bir stəkan çay müalicəni puç edə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gazeta.ru saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib.
Ekspert bildirib ki, çay dərmanların orqanizm tərəfindən sorulmasına mane olur.
"Çayın tərkibində ona acıtəhər dad verən taninlər var. Onlar dərmanın təsiredici maddələri ilə qarşılaşdıqda kimyəvi reaksiyaya girərək bir-birinə bağlanır və həll olunmayan komplekslər əmələ gətirirlər. Nəticədə bağırsaq divarından keçə bilməyən iri molekullar yaranır. Beləliklə, preparat orqanizm tərəfindən sorulmadan həzm sistemindən keçib gedir və heç bir müalicəvi təsir göstərmir".
Natalya Kalaşnikovanın sözlərinə görə, ikinci problem isə çayın tərkibindəki kofeindir. O qeyd edib ki, kofein bəzi hallarda gözlənilməz təsir göstərən güclü stimullaşdırıcıdır.
"Kofein qaraciyər fermentlərinin fəaliyyətinə təsir edir. Bunun nəticəsində bəzi dərmanların qandakı konsentrasiyası arta bilər. Bu isə əks təsirlərin riskini artırır və ya əksinə, preparatın müalicəvi təsirini tamamilə zəiflədə bilər".
Ekspert vurğulayıb ki, ən düzgün və universal qayda dərmanları adi su ilə qəbul etmək, çay və qəhvəni isə ayrıca içməkdir.
Onun sözlərinə görə, dərmanların əksəriyyəti üçün çay və ya qəhvə ilə qəbul arasında 30-60 dəqiqəlik fasilə kifayət edir. Lakin bəzi preparatlar, xüsusən də dəmir preparatları və müəyyən antibiotiklər qəbul edilərkən bu interval daha uzun - ən azı iki saat olmalıdır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
-
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
-
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
-
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
XƏBƏR LENTİ
-
Vinçenzo Montella sabiq klubuna böyük jest etdi
-
“Kim deyir iş tapmıram, öz günahıdır” - Hüseyn Məhəmmədoğlu
-
Prezident İlham Əliyev və Nikol Paşinyan Türkmənbaşıda qeyri-rəsmi söhbət ediblər
-
Cəbrayılda eyni ərazidə ikinci mina partlayışı baş verib - Yenilənib
-
Əli Əsədovdan pensiyalarla bağlı yeni qərar
-
Azərbaycanın cüdo tarixində rekord
-
Nəriman Həsənzadənin adına səhifə açıb uyğunsuz dəvətlər edirlər - (Foto)
-
Atilla Taşın qızı faciəvi şəkildə öldü
-
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
-
Selin Dion səhnədə yıxıldı - (Video)
-
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş - Yenilənib - (Video)
-
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
-
Beynəlxalq səyyahlar Ağdamın tarixi məkanlarını ziyarət ediblər - (Foto)
-
“Atama qarşı haqsızlıq çox oldu” - Peyman Əşrəfov
-
ABŞ Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandıra bilər - Rubio
-
Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - xəbərdarlıq
-
MEMİM-in “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə növbəti seminar keçirilib - (Foto)
-
Çox zülal qəbul etmək arıqladır? - Həkim açıqladı
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
-
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq: Sistemlər hücum altındadır
-
ABŞ İrana zərbələri bərpa edə bilər - Mühüm detallar
-
Əməkdar artist: “Bəd nəzərə gəldim, 14 saat komada qalmışam” - (Video)
-
Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər - (Video)
-
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı





