Market rəflərində ən çox üstünlük verilən ətirli və naxışlı tualet kağızları sanıldığı qədər məsum deyil. Bu məhsulların tərkibindəki kimyəvi maddələr ciddi sağlamlıq problemlərinə və bərpa olunmaz fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, ətirli və naxışlı tualet kağızlarının istehsalında istifadə olunan fitalatlar və boyaq maddələri dərinin ən həssas nahiyələri ilə təmasda olduqda qana keçə bilir. Bu maddələr bədəndə hormon balansını pozan təsirə malikdir.
Tualet kağızlarını ağartmaq üçün istifadə olunan xlor prosesi zamanı dioksin adlı toksik maddələr yaranır. Dioksinlər bədəndə toplanaraq immun sistemini zəiflədir və xərçəng hüceyrələrinin yaranma riskini artırır.
Naxışlı və ətirli kağızlar həssas dərisi olan insanlarda qaşıntı, qızartı və allergik reaksiyalara səbəb olur. Həmçinin, tərkibindəki süni qoxular bölgənin təbii pH balansını pozaraq göbələk və digər infeksiyaların yaranması üçün şərait yaradır.
Mütəxəssislər sağlamlığınızı qorumaq üçün aşağıdakı növ kağızlara üstünlük verməyi tövsiyə edir:
Kimyəvi ağartma prosesindən keçməyən kağızlar.
Heç bir süni qoxu və naxış əlavə olunmamış sadə variantlar.
Üzərində "xlorsuzdur" qeydi olan məhsullar.
Lalə Qüdrətova
Milli.Az





