Sağlamlıq

Mütəxəssislərdən xəbərdarlıq: Soyuq günlərdə immuniteti qorumağın yolları

3 Yanvar 2026 17:32
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soyuq havaların başlaması ilə immunitetin zəifləməsi riski artır. Mütəxəssislərin fikrincə, bu dövrdə sağlam qalmaq üçün bir neçə vacib qaydaya əməl etmək lazımdır.

Milli.Az xəbər verir ki, həkimlər bildirirlər ki, immuniteti gücləndirən "sehrli vasitə" yoxdur.

Orqanizmin müdafiə sistemi əsasən düzgün həyat tərzindən asılıdır. Kifayət qədər yuxu, balanslı qidalanma və stressdən uzaq durmaq immun sisteminin normal fəaliyyətində mühüm rol oynayır.

Eyni zamanda, hava şəraitinə uyğun geyinmək, xüsusilə açıq havada uzun müddət qalarkən bədənin soyumasının qarşısını almaq tövsiyə olunur. Mütəxəssislər fiziki aktivliyin və təmiz havada gəzintilərin də sağlamlığa müsbət təsir göstərdiyini vurğulayırlar.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.