Sağlamlıq

İdeal Yeni il yeməyi necə olmalıdır?

28 Dekabr 2025 21:33
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı həkim ideal bayram yeməyini tövsiyə edib.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, qırmızı kürü və kərə yağı ilə sendviç ideal yemək hesab edilə bilər.

Bunun səbəbi onun yüksək qida dəyərinə malik olmasıdır. Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalina bayram menyusundan danışıb.

Onun sözlərinə görə, bu yeməyi mükəmməl balanslaşdırılmış hesab etmək olar. Tərkibində həm zülal (kürü), yağ (kərə yağı) və karbohidratlar (çörək) var:

"Tərkibi balanslıdır, amma məhz yağ və çörək sayəsində pəhriz yeməyi deyil. Buna görə də, artıq çəkili insanlar özlərini təxminən 300 kalori olan bir sendviçlə məhdudlaşdırmalıdırlar".

Lyalina həmçinin buğda çörəyini kəpək və ya çovdar çörəyi ilə əvəz etməyi və yağ əvəzinə qaymaqlı pendir istifadə etməyi tövsiyə edib. Bu, yeməyi daha sağlam edir.

Milli.Az 


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.