Gənclik iksiri hazırlandı - Ömrü iki dəfə uzadır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ gənclik iksiri yaradıb.
Milli.Az xəbər verir ki, vəd olunan məlumata görə ABŞ-nin Immorta Bio şirkəti tərəfindən hazırlanan SenoVax vaksini yaşlanma prosesini ləngitmək məqsədi daşıyır. Vaksin yaşlanan hüceyrələri hədəf alaraq onların orqanizmdə yığılmasının qarşısını almaqla xəstəliklərin və yaşlanmanın gecikdirilməsini vəd edir. Lakin rusiyalı immunoloq, MFTİ-nin Genom Mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov bu iddiaları şübhə altına alıb.
Onun sözlərinə görə, vaksin əslində yaşlanmanı sürətləndirə bilər. "Biz demək olar ki, 99 faizimiz köhnə hüceyrələrdən ibarətik. Vaksinin hansı hüceyrələri məhv edəcəyi, hansını saxlaya biləcəyi aydın deyil. Əgər yaşlanmış hüceyrələri kütləvi şəkildə öldürsək, bu, kök hüceyrələrin potensialının daha tez tükənməsinə səbəb ola bilər və nəticədə orqanizm daha sürətlə yaşlanar", - deyə Volçkov izah edib.
Mütəxəssis qeyd edir ki, yaşlanma əsasən kök hüceyrələrin bərpa potensialının azalması ilə bağlıdır. Yəni problem yalnız yaşlanan hüceyrələrin yığılmasında deyil, yeni sağlam hüceyrələrin formalaşmasının zəifləməsindədir.
Qeyd edək ki, Immorta Bio şirkəti SenoVax üzrə beynəlxalq patent üçün müraciət edib. Hazırda preparat yalnız siçanlar üzərində sınaqdan keçirilib və heyvanlarda ömrün 100 faizdən çox uzadıldığı qeyd olunur. İnsanlarda klinik sınaqlar hələ başlanmayıb və ekspertlər vurğulayır ki, hazırkı nəticələr insan orqanizminə tətbiq edilə bilməz və vaksinin təsirləri hələ tam məlum deyil.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)
-
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - (Foto)
-
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Çempionlar Liqasında asan oyun olmur” - Valdas Dambrauskas





