Getməyən kiloların səbəbi açıqlandı: “Problem yediklərinizdə deyil!”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox insan üçün arıqlamaq həm yorucu, həm də çətin prosesdir. Sağlam qidalanma və müntəzəm idmana baxmayaraq, bəzən çəki atmaq mümkün olmur. Məşhur arıqlama mütəxəssisi Professor Franklin Cozef, bu vəziyyətin arxasında çox vaxt fərq edilməyən hormonal problemlərin dayandığını bildirib.
Professor Cozef deyib: "Hər həftə pəhrizə və idmana tam riayət edən, amma arıqlaya bilməyən pasiyentlər görürük. Bu, sadəcə yeyilənlərlə bağlı məsələ deyil."
Mütəxəssis bildirib ki, arıqlama prosesinin qarşısını alan əsas maneələrdən biri insulin müqavimətidir. Hüceyrələr insulina qarşı daha az həssas olduqda, bədən xüsusilə qarın nahiyəsində artıq yağ yığmağa başlayır və insan düzgün pəhrizdə olsa belə şəkərə qarşı güclü istək yaranır.
Hormonlar iştahanı, yağ yığılmasını, enerjini və yuxu rejimini idarə edir. İnsulin disbalansı ilə yanaşı, kortizol hormonunun yüksəlməsi də problem yaradır. Uzunmüddətli stres zamanı yüksək kortizol səviyyəsi maddələr mübadiləsini pozaraq "inadkar qarın piylərinin" yaranmasına səbəb ola bilər.
Professor Cozef xəbərdarlıq edib ki, çox intensiv məşqlər (xüsusilə HIIT) kortizol səviyyəsini yüksəldərək hormonal tarazlığı poza bilər: "Əgər artıq stress altındasınızsa və yaxşı yatmırsınızsa, bu cür məşqlər sizi arıqlatmaq əvəzinə daha da yorğun edə bilər."
Hormonal pozğunluqların əlamətləri
Qarın bölgəsində getməyən yağlar
Günortadan sonra enerji azalması
Yetərincə protein qəbuluna baxmayaraq şəkər istəyi
Yuxu keyfiyyətinin pozulması
Dincəlsəniz də keçməyən yorğunluq
"Əgər plan tətbiq edib nəticə ala bilmirsinizsə, sadəcə daha çox çalışmaq çıxış yolu deyil. Problemin kökü bədəndə daha dərin ola bilər."
Professor Cozef əlavə edib ki, insulin funksiyasındakı pozğunluqlar, qalxanabənzər vəz problemləri və ya kortizol disbalansı kimi hallar tibbi testlərlə yoxlanmalıdır.
"Bəzən məsələ iradə gücü ilə yox, bioloji səbəblərlə bağlıdır. Bunu anlamağın yeganə yolu düzgün tibbi testlərdir."
Sonda mütəxəssis, arıqlamaqda çətinlik çəkən insanlara həkimə müraciət edərək lazımi müayinələrdən keçməyi tövsiyə edib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
-
Bu qidaları dərmanlarla birlikdə qəbul etmək olmaz
-
Mədəsi ağrıyanların nəzərinə
XƏBƏR LENTİ
-
Qurban Qurbanov “Fənərbağça”ya gedə bilər?
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Məşhur xanəndə anasının xəstəliyindən danışıb ağladı: "Yeriyə bilmir" (Video)
-
AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən edib
-
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür edib
-
Maaşlar nə qədər artacaq?
-
Sibel Canın lüks avtomobilinə həbs qoyuldu
-
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün yeni imkan
-
Jurnalistləri döyən şəxsləri hansı cəza gözləyir?
-
Oğlunun Salahla meydana çıxması üçün 100 milyon ödədiyi deyilən iş adamı təhdid olundu
-
Xocalıda icazəsiz at sürənlər cərimələndi
-
"Qalatasaray"ın futbolçusu nəhənglərin transfer siyahısında
-
Xalq artisti: “Məktəb vaxtı 2-3 oğlanı sevirdim, adam yerinə qoyub üzümə baxmırdılar” - (Video)
-
Azərbaycan millisi Mozambikə qalib gəldi
-
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama
-
Qız övladı dünyaya gətirən xanımına 400 min dollarlıq maşın hədiyyə etdi - (Video)
-
Bahar Lətifqızı: "Oturduğum yerdə 18 min ziyana düşdüm"
-
Sərnişinlər qatarlarda ən çox bunları unudurlar - Siyahı
-
Dünya çempionatında 3 güləşçimiz məğlub oldu
-
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
-
Kartdan-karta köçürmələrə niyə limit qoyuldu? - Sədrdən açıqlama
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Ölkədə bu maşınlardan şəxsi istifadə qadağan olunur
-
Əli Əsədov Gürcüstana gedir





