Sağlamlıq

Günəş kremindən düzgün istifadə edin

22 İyun 2025 15:31
Baxış: 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayada günəş vannası qəbul edərkən bir çox səhvlər edirik. Bunlardan biri də gündən qoruyan kremlərdən istifadə qaydasıdır.

Milli.Az xəbər verir ki, dünyada hər il təxminən 1,5 milyon insanda dəri xərçəngi aşkarlanır. Bu nisbətin 2040-cı ilə qədər 50 faiz artacağı gözlənilir.

Britaniyanın BBC telekanalında yayımlanan xəbərdə günəş kreminin necə istifadə edilməsi ilə bağlı ekspert rəyləri yer alıb. Mütəxəssislər bildirib ki, günəş kremini çəkəndən dərhal sonra küçəyə çıxmaq olmaz. Günəşə çıxmadan 20-30 dəqiqə əvvəl günəşdən qoruyucu sürtmək məsləhət görürlür. Çünki krem dəriyə hopmalıdır.

Alimlər həmçinin tərlədikdən, suya girdikdən və ya dərini paltara və ya quma sürtdükdən sonra günəşdən qoruyucu kremi yenidən çəkməyi məsləhət görürlər. /axşam.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.