Gözbəbəkləri və yaddaş arasındakı heyrətamiz əlaqə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tədqiqatçılar bir məlumatı tanıdığımız və ya düzgün xatırladığımız anlarda gözbəbəklərimizin verdiyi reaksiyaları öyrəniblər. Əldə edilən nəticələr göstərir ki, yaddaş düşündüyümüzdən daha mürəkkəb işləyir.
Milli.Az hit.az-a istinadən xəbər verir ki, keçmişi xatırlayarkən bəzən dostlarımızla eyni hadisə haqqında fərqli şeylər yadımıza düşür. Hamımız bir məqamda "əminəm elə olmuşdu" dediyimiz xatirələrimizin əslində elə yaşanmadığını fərq etmişik. Uşaqlıq xatirələrindən tutmuş qapını kilidləyib-kilidləmədiyimizi xatırlamağa qədər bir çox məsələdə yaddaş bizi yanılda bilər. Üstəlik, bu düşündüyümüzdən daha tez-tez baş verir.
Bu sirrə yeni baxış təqdim edən tədqiqat, gözlərimiz vasitəsilə yaddaşın necə işlədiyini anlamağa çalışır. Budapeşt Texnologiya və İqtisad Universitetindən bir qrup, 1970-ci illərdə irəli sürülən köhnə bir nəzəriyyəni yenidən qiymətləndirib. Nəzəriyyəyə görə, o an gördüyümüz bir şeyi əvvəl görübüksə, gözbəbəklərimiz xəbərsizcə genişlənir. "Gözbəbəyinin köhnə/yeni effekti" kimi tanınan bu hal daha əvvəl aparılan bəzi təcrübələrlə də təsdiqlənmişdi. Lakin bu dəfə tədqiqatçılar gözbəbəklərinin yalnız tanıma reaksiyası verib-vermədiyini deyil, eyni zamanda xatırlamanın nə qədər aydın olduğuna dair ipuçları daşıyıb-daşımadığını araşdırdılar.
Tədqiqatda iştirak edən 28 nəfərə ekranda təsadüfi yerlərdə peyda olan qısa və az işlənən sözlər göstərildi. Daha sonra bu şəxslərə həm əvvəl göstərilən, həm də tamamilə yeni sözlərdən ibarət siyahı təqdim edildi. İştirakçılardan tanıdıqları sözləri qeyd etmələri və mümkünsə, onların nə vaxt göstərildiyini xatırlamağa çalışmaları istənildi. Bu zaman gözbəbəklərinin hərəkəti xüsusi cihazlarla izlənildi.
Nəticələrə görə, insanlar əvvəl gördükləri sözlə qarşılaşanda gözbəbəklərində genişlənmə baş verdi. Daha da diqqətçəkən məqam isə odur ki, sözün nə vaxt və harada göstərildiyini düzgün xatırladıqda bu genişlənmə daha aydın şəkildə müşahidə olundu. Bu hal göstərir ki, yaddaş təkcə "tanış gəlmə" hissindən ibarət deyil, eyni zamanda xatırlamanın dərinliyi ilə də bağlı ola bilər.
Tədqiqatı aparan alimlərdən Ádám Albi bildirir ki, gözbəbəyindəki bu dəyişikliklər yaddaşın iki ayrı səviyyədə işlədiyinə işarə edə bilər: Birincisi, tanıma; ikincisi isə xüsusi detalları xatırlama. Lakin bu prosesdə gözbəbəyi reaksiyasını hansı beyin mexanizmlərinin idarə etdiyi məsələsində elm dünyasında hələ də aydın konsensus yoxdur.
Tədqiqat qrupu düşünür ki, xatırladığımız güclü və diqqətçəkən xatirələr, beynin "locus coeruleus-noradrenergik sistemi" adlanan bölgəsində fəallığı artıra bilər. Eyni sistem gözbəbəklərinin genişlənməsini də təhrik edən rol oynaya bilər.
***
Bu cür tədqiqatlar yaddaşın nə qədər etibarlı olduğuna dair uzun müddətdir davam edən müzakirələrə yeni perspektiv əlavə edə bilər. Əldə edilən nəticələr gələcəkdə xüsusilə hüquq, psixologiya və nevrobilim sahələrində yeni tətbiqlərə yol aça bilər. Yaddaşın təkcə nəyi xatırladığımızla deyil, necə xatırladığımızla da bağlı olduğu bu yolla daha yaxşı anlaşıla bilər.
Nəticə etibarilə, tədqiqat göstərir ki, yaddaşın izlərini təkcə zehndə deyil, eyni zamanda gözlərdə də axtarmaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək





