Sağlamlıq

Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq

5 İyun 2025 04:04
Baxış: 887
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqların sağlam inkişafı üçün balanslı və yaşlarına uyğun qidalanma həyati əhəmiyyət daşıyır.

Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, uşaqların gündəlik rasionuna bəzi ərzaq məhsullarının daxil edilməsi nə qədər vacibdirsə, bəzilərinin tamamilə uzaq tutulması da bir o qədər zəruridir.

Azyaşlı uşaqların orqanizmi duz kimi maddələrə qarşı daha həssas olur. Lakin bir çox valideynlər azyaşlı övladlarına böyüklər üçün hazırlanmış və yüksək miqdarda duz ehtiva edən yeməkləri erkən yaşlardan etibarən təklif edirlər. Bu isə gələcəkdə uşaq orqanizmində böyrəklərə əlavə yük salmaqla yanaşı, yüksək qan təzyiqi və ürək-damar xəstəlikləri riskini artırır. Pediatrlar bildirirlər ki, bir yaşına qədər olan uşaqların qidasına ümumiyyətlə duz əlavə edilməməlidir.

Ekspertlər vurğulayırlar ki, hazır məhsullarda istifadə olunan süni qatqı maddələri konservantlar, stabilizatorlar, dad gücləndiriciləri, süni şirinləşdiricilər və rəngləndiricilər uşaqların immun sisteminə zərər verə bilər. Bu tip kimyəvi maddələr, xüsusilə qaraciyər üçün əlavə yük yaradır, orqanizmin təmizlənmə (detoksifikasiya) prosesini ləngidir və allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Tərkibində natrium nitrit kimi zərərli maddələr olan kolbasa və sosis kimi sənaye məhsullarının uşaqlara verilməsi qəti şəkildə tövsiyə olunmur. Bu maddə orqanizmdə kanserogen birləşmələrin yaranmasına səbəb ola bilər və uzunmüddətli istehlak gələcəkdə sağlamlıq üçün ciddi fəsadlara gətirib çıxara bilər.

Dondurma isə hər nə qədər sevilən yay qidası olsa da, uşaqlarda bağırsaq infeksiyaları üçün əlverişli zəmin yarada bilər. Tərkibindəki süd məhsullarının keyfiyyəti, saxlanma şəraiti və temperatur dəyişiklikləri səbəbindən infeksiya riski artır.

Pediatrlar valideynlərə uşaqların qida rasionunu sadə, təbii və yaşlarına uyğun məhsullarla təmin etməyi tövsiyə edirlər. Ev şəraitində bişirilmiş, duzsuz və qatqısız yeməklər uşaqların həm fiziki, həm də zehni inkişafı üçün daha faydalıdır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.