Sağlamlıq

Hər yeməyə əlavə edirik, sağlamlığı MƏHV EDİR: damarlar tıxanır, ürəyi yükləyir, 5 dəfə artıq xərçəng riski

17 Aprel 2025 08:08
Baxış: 2 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündəlik qidalanmada geniş istifadə olunan bu məhsul sağlamlıq üçün ciddi təhlükə yaradır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dad artırıcı kimi tanınsa da, damar tıxanması, ürək xəstəlikləri və hətta xərçəng riskini artırması ilə diqqət çəkir. Mütəxəssislər, bu məhsulun istifadəsinin ciddi şəkildə məhdudlaşdırılmalı olduğunu vurğulayırlar.

Trans yağ tərkibi ürək sağlamlığını təhlükə altına atır

Xüsusilə köhnə istehsal üsulları ilə hazırlanan marqarin yüksək miqdarda trans yağ ehtiva edir. Trans yağlar pis xolesterolu (LDL) artırır, yaxşı xolesterolu (HDL) isə azaldır. Bu balanssızlıq nəticəsində damarlar tıxanır və ürək xəstəliklərinin riski artır.

Damarların sərtləşməsinə səbəb ola bilər

Marqarin istifadəsi ilə trans yağların damar divarlarında toplanması, damar elastikliyinin azalmasına və qan dövranının zəifləməsinə səbəb olur. Bu da yüksək təzyiq və insult riskini artırır.

Kilo artımı və piylənməyə yol aça bilər

Yüksək kalorili və emal olunmuş bir məhsul olan marqarin, müntəzəm istifadə olunduqda kilo artımına səbəb olur. Bu isə piylənmə, şəkərli diabet, yüksək təzyiq və digər ürək-damar problemlərini ortaya çıxara bilər.

Xərçəng riskini 5 dəfə artırır

Marqarin istehsalında istifadə olunan bəzi kimyəvi maddələr və trans yağlar orqanizmdə sərbəst radikalların artmasına gətirib çıxarır. Bu radikallar hüceyrə quruluşuna zərər verərək müxtəlif xərçəng növlərinin yaranma ehtimalını artırır.

İmmunitet sistemini zəiflədə bilər

Marqarinin tərkibindəki süni komponentlər bədənin müdafiə sisteminə mənfi təsir göstərə bilər. Bu, bədənin infeksiyalara qarşı müqavimətini azaldır və iltihablanma ehtimalını artırır.

Hormon balansını poza bilər

Süni maddələr qadınlarda estrogen səviyyəsinə təsir edərək hormonal balanssızlığa səbəb ola bilər. Bu da aybaşı pozğunluqları, dəri problemləri və psixoloji gərginliklər yarada bilər.

Dəri sağlamlığına zərər verir

Marqarin istifadəsi nəticəsində dərinin ehtiyacı olan faydalı yağ turşuları təmin olunmur. Bu da dəridə quruluq, sızanaq və solğunluğa səbəb ola bilər.

Həzm sistemini çətinləşdirir

Təbii yağlarla müqayisədə marqarinin tərkibindəki süni maddələr həzm olunması çətin olan bir quruluşa malikdir. Bu isə qaz, şişkinlik və həzm pozğunluqları yarada bilər. Uzun müddətli istifadə bağırsaq florasını da poza bilər.

İctimaiyyətə sağlam qidalanma vərdişləri barədə məlumat verilməsi və marqarin istifadəsinin azaldılması istiqamətində tədbirlərin görülməsi vacibdir. Sağlamlıq üçün daha təbii yağ növlərinə üstünlük verilməsi tövsiyə olunur.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.