Zəncəfilin sonsuz faydaları - qışda sadiq dostumuz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qış aylarında immuniteti gücləndirən təbii vasitələrdən biri də zəncəfil çayıdır. Soyuq havalarda tez-tez rast gəlinən qrip və soyuqdəyməyə qarşı orqanizmi qoruyan bu çay, həm də bədəni isinməyə kömək edir. Antibakterial və iltihab əleyhinə xüsusiyyətlərə malik olan zəncəfil, təkcə xəstəliklərdən qorumaqla kifayətlənmir, eyni zamanda həzmi yaxşılaşdırır və enerji verir.
Milli.Az zəncəfilin faydaları ilə bağlı məlumatları təqdim edir:
Zəncəfil çayının faydaları
Soyuqdəymə və qrip əleyhinə təsir - Tərkibindəki güclü antioksidantlar sayəsində immun sistemini möhkəmləndirir və xəstəliklərə qarşı müqaviməti artırır.
Həzmi yaxşılaşdırır - Mədə turşusunun balansını qoruyur və həzmi sürətləndirir. Həm də mədə bulanmasına qarşı effektiv vasitədir.
Bədəni isidir - Soyuq havalarda içildikdə qan dövranını sürətləndirərək bədəni isinməyə kömək edir.
Stressi və yorğunluğu azaldır - Sinir sisteminə müsbət təsir edərək rahatlamağa kömək edir.
Təzə zəncəfil daha faydalıdır
Zəncəfilin həm toz, həm də təzə halı mövcuddur. Lakin təzə zəncəfil daha çox faydalı maddələrə malikdir. Çünki tərkibindəki efir yağları və aktiv komponentlər təzə halda daha yüksək konsentrasiyada olur. Təzə zəncəfildən hazırlanmış çay, daha ətirli və təsirli olur.
Zəncəfil çayı necə dəmlənməlidir?
Təzə zəncəfil istifadə edirsinizsə, kiçik bir parçasını (təxminən 2 sm) dilimləyin və ya rəndələyin;
1 stəkan qaynar suya əlavə edib 10-15 dəqiqə dəmləyin;
Dadını daha xoş etmək üçün limon və bal əlavə edə bilərsiniz.
Necə içilməlidir?
Zəncəfil çayını səhər və ya günorta içmək tövsiyə olunur, çünki bədənin enerjisini artırır.
Xəstəlik dövründə gündə 2-3 dəfə içmək olar.
Mədə problemləri və ya qan durulducu dərman qəbul edənlər həkim məsləhəti ilə içməlidir. \\yenisabah.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





