Dünyada 20 min insanın ölümünə səbəb olan yemək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada 20 min insanın ölümünə səbəb olan yemək kimi tanınan Koi Pla, Tay mətbəxinin məşhur yeməklərindən biridir.
Milli.Az e-saglam.az-a istinadən xəbər verir ki, çiy balıq və ədviyyatlarla hazırlanan bu yemək sağlamlıq üçün ciddi təhlükələr yaradır. Çiy balıqda mövcud olan Opistorchis viverrini adlı parazit qaraciyər xərçənginə səbəb ola bilər. Bu parazit xüsusilə Cənub-Şərqi Asiya ölkələrində, o cümlədən Tayland, Laos, Kamboca və Vyetnamda geniş yayılıb.
Koi Pla yeməyinin sağlamlığa mənfi təsiri əsasən Taylandın yoxsul bölgələri, xüsusən İsaan və Xon Kaen əyalətlərində müşahidə edilir. Bu bölgələrdə xolangiokarsinoma, yəni öd yolları və qaraciyər şişləri geniş yayılıb. Məhz bu yeməyin həddindən artıq istehlakı səbəbindən Taylandda hər il təxminən 20 min insanın həyatını itirdiyi düşünülür.
Yeməkdə istifadə edilən balıqlar əsasən Mekonq bölgəsindən gətirilir. Bu bölgənin su hövzələrində parazitlərə rast gəlinir və balıqlar bu parazitlərlə yoluxmuş ola bilər. Bu yastı qurdlar insan orqanizmində öd yollarında xəstəliklər yaradır və nəticədə qaraciyər xərçənginə səbəb olur.
Taylandlı həkim Narong Khuntikeo, Koi Pla-nın təhlükələri ilə mübarizə aparmaq üçün ciddi tədbirlər görmüşdür. O, valideynlərini bu yeməyin yaratdığı qaraciyər xərçəngindən itirdikdən sonra insanları xəbərdar etməyə başlamışdır. O, alimlər, həkimlər və antropoloqlarla birgə çalışaraq parazitlərin yayılmasını araşdırmış və insanların sağlamlığını qorumaq üçün tədbirlər həyata keçirmişdir.
Tədqiqat nəticələrinə görə, bəzi kənd icmalarında yaşayanların 80 faizi ölümcül parazitlərlə yoluxmuşdur. Bu problemə qarşı mübarizə çərçivəsində bölgədə ultrasəs aparatları və sidik test dəstləri vasitəsilə parazitlərin yayılması izlənmişdir. Ekspertlər qeyd edir ki, bu tip yeməklərdən uzaq durmaq qaraciyər və öd yolları xərçənginin qarşısını almaqda mühüm rol oynayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər
-
"Qızıl Top"un qalibi yanlışlıqla açıqlanıb?
-
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - (Foto)
-
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - (Foto)
-
“Muzeydə kino” layihəsi çərçivəsində Tahir Salahovun həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib - (Foto)
-
Qaradağda bir neçə küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
-
“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birliklə dayanacağıq” - Ərdoğan
-
Kollina Azərbaycandadır - (Video)
-
Tacir Şahmalıoğl mədəkiçiltmə etdirdiyini etiraf etdi
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Tehranda “Məkkə İttifaqı”nın görüşündə bəyanat qəbul edildi
-
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama





