Sağlamlıq

"Həkim səhvinə görə anam insultla üz-üzə qalıb" - Azər İsrafilov

7 Noyabr 2024 15:56
Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Xətai Tibb Mərkəzində həkim səhvi nəticəsində tanınmış jurnalistin anasının vəziyyəti ağırlaşıb. 

Milli.Az xəbər verir ki, bu barədə jurnalist Azər İsrafilov məlumat verib.

Onun sözlərinə görə, Xətai Tibb Mərkəzində gözünə dərman tökülən anasının xəstənin təzyiq problemləri nəzərə alınmayıb və nəticədə səhlənkarlıq ciddi fəsadlara səbəb olub. 

A.İsrafilov bildirib ki, anası müayinə edilmədən gözünə dərman tökülüb və nəticədə dərmanın yaratdığı fəsadlar insultla üz-üzə qalmasına gətirib çıxarıb.

A.İsrafilov hadisənin baş verməsində Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və göz həkimi Təranə adlı həkimi günahkar hesab edir. O həkimlərin səhvlərini kəskin şəkildə tənqid edərək məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan  Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, faktla bağlı araşdırmaya başlanılıb. 

Aysel Əkbər
Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.