Bakıda Xətai Tibb Mərkəzində həkim səhvi nəticəsində tanınmış jurnalistin anasının vəziyyəti ağırlaşıb.
Milli.Az xəbər verir ki, bu barədə jurnalist Azər İsrafilov məlumat verib.
Onun sözlərinə görə, Xətai Tibb Mərkəzində gözünə dərman tökülən anasının xəstənin təzyiq problemləri nəzərə alınmayıb və nəticədə səhlənkarlıq ciddi fəsadlara səbəb olub.
A.İsrafilov bildirib ki, anası müayinə edilmədən gözünə dərman tökülüb və nəticədə dərmanın yaratdığı fəsadlar insultla üz-üzə qalmasına gətirib çıxarıb.
A.İsrafilov hadisənin baş verməsində Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və göz həkimi Təranə adlı həkimi günahkar hesab edir. O həkimlərin səhvlərini kəskin şəkildə tənqid edərək məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, faktla bağlı araşdırmaya başlanılıb.
Aysel Əkbər
Milli.AZ