Sağlamlıq

Miqren yoxsa adi başağrısı? - fərqi necə tapaq

1 Noyabr 2024 09:16
Baxış: 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miqrenləri adi baş ağrılarından fotofobiya və ürəkbulanma əlamətləri ilə ayırd etmək olar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, elmi işçi Anastasiya Belopasova Lenta.ru-ya müsahibəsində danışıb.

Onun sözlərinə görə, miqren tutması fonofobiya və fotofobiya, ürəkbulanma və nadir hallarda qusma ilə müşayiət olunur. Bu qəbildən tutmalar yüksək intensivlikli, adətən birtərəfli, pulsasiya edən baş ağrısı ilə xarakterizə olunur. Miqrendən qaynaqlanan başağrısı, hər şeydən əlavə, fiziki yüklənmə zamanı güclənir.

"Miqren tutması dörd saatdan 72 saata qədər davam edə bilər", - deyə Anastasiya Belopasova bildirib.

Onun sözlərinə görə, miqren 50 ildir tədqiq edilməsinə baxmayaraq, onun yaranma mexanizmi tam olaraq müəyyən edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.