Sağlamlıq

Ölüm riskini azaldır, yorğunluğu aradan qaldırır - ARAŞDIRMA

24 Oktyabr 2024 20:44
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşq intensivliyi ölüm riskini azaldır.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin yeni araşdırmasına görə, məşq intensivliyinin artırılması məşq müddətindən daha təsirli ola bilər.

Tədqiqatda ABŞ-da üç il ərzində 7518 şəxsdən alınan fitness məlumatları araşdırılmış və dörd il ərzində ölüm nisbətləri izlənilmişdir. Nəticələrdən məlum olub ki, daha intensiv fiziki fəaliyyət vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.

Yüksək intensivlik ürək-damar sistemini daha çox stimullaşdırır. Bu cür fəaliyyətlər damar funksiyalarını və kardiorespirator uyğunluğu artırır.

Lakin bu insanların daha çox sıx məşq etməsi onların daha uzun yaşaması mənasına gəlmir.

Nərmin Mahmudova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.