Sağlamlıq

Bunlara qarşı üzərlik yandırın - Özbək və türkmənlərin sirri

24 Oktyabr 2024 19:55
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orta Asiya ölkələrində də bizdəki kimi gözdəymə və xəstəliklər zamanı qədim inanca görə yandırılan üzərlik otu həm də virus, parazit və bakteriyaları öldürən antivirus təsirə malikdir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, məşhur rusiyalı həkim Uvaydov bildirir ki, evlərin dezinfeksiya edilməsi üçün üzərlik yandıra, eləcə də onun tüstüsünə evi, əşyaları, uşaqları və özünüzü tuta bilərsiz.

Üzərlik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözlə görünməyən bütün virusları məhv edir.

O qeyd edib ki, üzərlik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edir.

Özbəkistan, Türkmənistan və bir çox türk xalqlarında üzərlik qrip olan şəxsin otağında yandırılar, eləcə də suyu içilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.