Sağlamlıq

Bu yağlar xəstəlik yaradır - Alimlərdən xəbərdarlıq

26 Sentyabr 2024 13:27
Baxış: 1 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yediyimiz qidaların bədənimizə həm müsbət, həm də mənfi təsirləri var.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, aparılan tədqiqatlar təkrar istifadə edilən yağda bişirilən qidaların beyinə zərərli olduğunu ortaya çıxarıb.

Sağlamlığa zərərli olan qızardılmış qida deyil, istifadə olunan yağdır. Yağ bir dəfədən çox istifadə edilərsə, kanserogen mənbəyinə çevrilir. Riski ən çox olan qidalar isə kartof qızartması və qızardılmış toyuqdur.

Bununla bağlı Amerika Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin alimləri tərəfindən siçanlar üzərində tədqiqat aparılıb. Təkrar istifadə olunan qızardılmış yağda bişən qidaları yeyən siçanların orqanizmində mənfiyə doğru dəyişikliklər baş verib. Hətta siçanların balalarında da oxşar problemlər müşahidə olunub.

Tədqiqatçılar bir neçə dəfədən artıq istifadə edilən yağların qaraciyər, bağırsaq və beyin arasındakı iki tərəfli əlaqələrə mənfi təsir göstərdiyini, hətta nevroloji problemlərin yaranmasına səbəb olduğunu bildiriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.