Sağlamlıq

Körpələrin küvəzlərdə saxlanılması fantastik məbləğə başa gəlir - VİDEO

26 Sentyabr 2024 20:13
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtından əvvəl doğulan körpələrin özəl xəstəxanalarda olan küvəzlərdə saxlanılması yüksək məbləğə başa gəlir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, körpəsi vaxtından əvvəl doğulan və ya hamiləliyin erkən həftələrində ağır vəziyyətdə xəstəxanaya gətirilən qadının yaxınları mütləq şəkildə depozit ödəməlidirlər.

Depozit uşağın həftəsi və çəkisinə uyğun olaraq, əsasən 2000-3500 manat arasında dəyişir. Bu məbləğ uşağın küvəzdə olduğu hər gün üçün xərclənir. Yəni vəziyyət ağır olarsa, 2-3 günə də bitə bilər. Küvəzlərin bir günlük qiyməti göstərilən tibbi xidmətlərə görə dəyişir.

Dövlət xəstəxanalarına gəlincə, həm xalq arasında "OMD" kimi tanınan Elmi-Tədqiqat Pediatriya İnstitutundan, həm də Respublika Klinik Xəstəxanasından bildirilib ki, onlarda bütün ağırlıq dərəcələrində olan uşaqları qəbul etmək üçün küvəz, süni tənəffüs aparatı və xidməti tibb personalı var. Dövlət xəstəxanalarında küvəz pulsuzdur. Hətta körpənin özəl xəstəxanadan dövlət xəstəxanasına köçürülməsi də mümkündür.

Ginekoloq Naibə Həsənovanın sözlərinə görə, 5 aylığında doğulmuş körpəni də küvəz şəraitində saxlamaq mümkündür.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.