Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səbail paytaxtın mərkəz rayonu hesab olunur. Dövlət əhəmiyyətli qurumların, tarixi ərazilərin və Bakının atributlarının əksəriyyəti məhz bu rayonun ərazisindədir.
Bütün bu faktorlar ərazidə yerləşən daşınmaz əmlakların qiymətinə də ciddi təsir göstərir. Rayonun Badamdar qəsəbəsində, "İçərişəhər", "Sahil" metrostansiyalarının ətrafında "milyonluq" villalar, həyət evləri və mənzillərin satışa çıxarılması adi hala çevrilib. Lakin son zamanlar Səbail rayonun Bayıl qəsəbəsi və "20-ci sahə" massivi kimi ərazilərində həyət evlərinin kütləvi və ucuz qiymətə satışı müşahidə olunur.
Milli.Az yenisabah.az-a istinadən elan saytlarında sözügedən ərazilərdəki əmlakların qiymətini və kütləvi satış səbəblərini araşdırıb. Müşahidələrimiz göstərdi ki, həqiqətən də Bayıl və "20-ci sahə" ərazilərində münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, qarşımıza çıxan elanların birində sahəsi 140 metr olan, 4 otaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadrat evin dəyəri isə 70 min manat təşkil edir. Lakin qiymətlərin bu dərəcədə "sərfəli" olmasının maraqlı səbəbi var. vakansiyalar
Öncə onu qeyd edək ki, hər iki ərazi relyef olaraq yamacdır və bəzi yerlərdə sürüşmələr müşahidə olunur. İkinci bir səbəb isə, əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur. Bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur.
Sözügedən ərazidə fəaliyyət göstərən realtor isə, Bayıl və "20-ci sahə" massivinin Bakının baş planına əsasən, söküntüyə cəlb olunacağını bildirirb. Onların sözlərinə görə, sənədləri qaydasında olan və yeri münasib evlərin qiyməti heç də ucuz deyil. Realtorlar bildirir ki, maddi imkanı aşağı olan, işləmək üçün rayonlardan Bakıya üz tutan vətəndaşlar bu cür ucuz evləri almağa üstünlük verir. Daha dəqiq desək, Bakıətrafı qəsəbələrdən əmlak alıb saatlarla tıxacda qalmaqdansa, bu ərazidən mərkəzə 15 dəqiqəyə çatmaq daha sərfəlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
5 günlük tətil başlayır
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
XƏBƏR LENTİ
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
Tovuzda hamilə qadın bıçaqlandı
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Nurməhəmmədov həbs olundu: 81 min dollar cərimə...
-
Toraldan atmacalı sözlər
-
Polad Həşimovun anasının son durumu açıqlandı
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)





