İdman

"Qarabağ" oyunçuları Londonda tıxaca düşdü: Matç gecikir

26 Sentyabr 2024 22:13
Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə "Qarabağ" futbolçularını daşıyan avtobus tıxaca düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilib.

Bildirilib ki, bu səbəbdən "Tottenhem" - "Qarabağ" matçının gec başlayacağı ehtimal olunur.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem" (İngiltərə) - "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.

Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.