Maraqlı

1400 km/san sürətlə gəlir - İki gün bunları edin, yoxsa...

26 Sentyabr 2024 11:09
Baxış: 5 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Planetimizə 1400 km/san sürətlə maqnit qasırğası yaxınlaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, proqnozlara görə, geomaqnit qasırğası uzunmüddətli və güclü olacaq - onun pik nöqtəsi 26-27 sentyabr tarixlərinə təsadüf edəcək.

Həkimlər, əsasən də ürək-damar xəstəlikləri olanlara, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkənlərə bu günlərdə xüsusi diqqətli olmağa - zəruri dərmanları əvvəlcədən tədarük etməyə, stresdən və ağır yüklərdən qaçmağa çağırırlar. Bundan başqa, mümkün qədər ağır işlər görməmək və daha çox su içmək məsləhət görülür.

Qeyd edək ki, maqnit qasırğaları Günəşdə baş verən partlayışlar və koronal kütlə atılması adlanan nəhəng yüklü hissəcik buludlarının kosmosa atılması nəticəsində yaranır. Bu hissəciklər Yerin maqnitosferi ilə qarşılaşdıqda, bir neçə saatdan bir neçə günə qədər davam edə bilən geomaqnit sahəsində narahatlıqlara səbəb olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

  


 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.