UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
******
01:29
"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.
Milli.Az xəbər verir ki, "Tottenhem Hotspur" stadionunda keçirilən Liqa mərhələsinin I turununun oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 12-ci dəqiqədə Brennan Conson açıb. 53-cü dəqiqədə Pap Matar Sarr hesab arasındakı fərqi iki topa çatdırıb. Qarşılaşmada yekun hesabı isə 69-cu dəqiqədə adını tabloya yazdıran Dominik Solanke müəyyənləşdirib.
Qeyd edək ki, görüşün 7-ci dəqiqəsində londonlular Radu Drequşinin qırmızı vərəqə almasının ardından meydanda azlıqda qalıb. 58-ci dəqiqədə isə "köhlən atlar"dan Toral Bayramov penalti zərbəsindən yararlana bilməyib.
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
******
01:10
Solanke 68-ci dəqiqədə fərqi daha da artırdı: 3-0.
******
00:40
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun "Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Milli.Az xəbər verir ki, "Tottenhem Hotspur" stadionundakı matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.
Qeyd edək ki, London təmsilçisi meydanda 10 nəfərlə mübarizə aparır. 7-ci dəqiqədə Radu Drequşin qırmızı vərəqə ilə cəzalanıb.
******
23:51
"Tottenhem"-"Qarabağ" qarşılaşması start götürdü.
***
Drequşin 8-ci dəqiqədə Juninyoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoydu.
Canlı yayımı təqdim edirik:
******
23:11
Avropa Liqasının Liqa mərhələsinin "Tottenhem" - "Qarabağ" oyununun vaxtı dəyişdirilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, matçın keçiriləcəyi Londonda yaranan böyük tıxac təmsilçimizin qarşılaşmanın baş tutacağı "Tottenhem Hotspur" stadionuna planlaşdırılan vaxtda çata bilməsinə mane olub.
Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
XƏBƏR LENTİ
-
Təkbuynuzlu ceyran görənləri təəccübləndirdi - (Video)
-
"Başımdakı tük qədər mənimlə ailə qurmaq istəyən insan var" - Mətanət Əsədova
-
Hər gün toyuq əti yemək bədəndə nəyi dəyişdirir? 6 əsas təsir
-
Tural Əlizadəyə vəzifə verildi
-
"Ürəyim istəyəni oxumadım, toylara qaçdım" - Nüşabə Ələsgərli
-
Banka pul qoyanlar üçün güzəşt ləğv edilir - (Video)
-
Günün qoroskopu: İntuisiyanız bu gün ən güclü silahınız olacaq
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
İşlənmiş telefon alanda bu kodu mütləq yoxlayın - Oğurluq olub-olmadığını öyrənəcəksiniz
-
"Nənəmin təndiri"ndə yanğın oldu
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq





