Ölkə

Bakıda iki avtomobilin toqquşması nəticəsində sıxlıq yaranıb - FOTOlar

26 Sentyabr 2024 23:44
Baxış: 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mirzəbala Məmmədzadə və Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, işıqforla tənzimlənən yol ayrıcında "Hyundai" markalı avtomobili idarə edən Elnur Məmmədov idarəsində olan avtomobili kəsişmədən keçən "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpıb.

Qəza nəticəsində "Hyundai" markalı avtomlbil deformasiyaya uğrayıb.

Baş vermiş hadisə ilə bağlı Mirzəbala Məmmədzadə küçəsində sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.