İdman

Taysonun şok ETİRAFI: “Mən narkomanam"

26 Sentyabr 2024 23:37
Baxış: 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayk Tayson Ceyk Pol ilə döyüşdən əvvəl sürpriz edib

Əfsanəvi boksçu Mayk Tayson Ceyk Polla döyüşə hazırlaşır. Qarşılaşma əvvəlcə iyul ayına planlaşdırılsa da, yaşlı idmançının səhhətində yaranan problemlərə görə təxirə salınıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, döyüşdən əvvəl Tayson televiziya və radio şoularında iştirak edir. O, bu yaxınlarda "Come And Talk 2 Me" podkastında qonaq olub. O, narkomaniya ilə mübarizəsi ilə bağlı təəccüblü etiraflar edib.

"Həyatım boyu marixuana çəkmişəm. Asılı olaraq doğulmuşam. Nə edəcəyimi bilmirəm. İndi yüksək kayfda deyiləm, amma özümü yaxşı hiss edirəm. Baxmayaraq ki, onu başqa bir şeylə əvəz etməyə çalışıram. 

Mən narkomanam. Bu yaxınlarda siqaret çəkdim. İki həftədir siqaret çəkmirəm. "Mən bura gəlməmişdən əvvəl bir az göbələk yedim", - Tayson deyib.

Tayson və Pol arasında döyüş noyabrın 15-də Arlinqtondakı AT&T Stadiumunda baş tutacaq. Aralarında 31 il olan boksçuların döyüşü Netflix striminq platformasında yayımlanacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.