Ölkə

44 günlük Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr 2024 00:05
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Milli.Az Vətən müharibəsinin sentyabrın 27-nə olan xronikasını təqdim edir:

- Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrimizi və mülki əhalini atəşə tutduğunu açıqladı;

- Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başladı;

- Ordumuzun bir döyüş helikopteri zədələndi, helikopter öz ərazimizə endirildi;

- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi;

- Müdafiə Nazirliyi işğal altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığını açıqladı;

- Ombudsman Ermənistan tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına etiraz olaraq bəyanat yaydı;

- Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yaydı;

- Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi;

- Müdafiə Nazirliyi işğaldan azad edilən kəndlərin adını açıqladı;

- Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi;

- Zakir Həsənov düşmənin ön xəttinin yarıldığını, 7 kəndin işğaldan azad olunduğunu açıqladı;

- Müdafiə Nazirliyi düşmən texnikalarının məhv edilmə görüntülərini yaydı;

- Baş Prokurorluq mülki əhalidən yaralananların sayının 14-ə çatdığını açıqlayıb;

- Zakir Həsənov cəbhədə baş verən düşmən təxribatının detallarından danışdı;

- Müdafiə Nazirliyi Ağdərə yaşayış məntəqəsində yerləşən erməni qarnizonuna təslim olmağı təklif etdi;

- Müdafiə Nazirliyi düşmənin zirehli texnikasını döyüş meydanında ataraq qaçdığını nümayiş etdirdi;

- Murov dağı silsiləsindəki Murov zirvəsi azad olundu;

- Prezident İlham Əliyev Hərbi vəziyyət elan edilməsi haqqında Fərman imzaladı;

- Müdafiə Nazirliyi Ermənistan ordusuna məxsus silah-sursat anbarının məhv edilməsinin görüntüsünü yayıb;

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.