İdman

Qurban Qurbanov: "Tıxacda qalmaq oyunçularımıza böyük təsir etdi"

27 Sentyabr 2024 02:23
Baxış: 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qaldıq. Hər hansı bəhanə gətirmək istəmirəm. Belə olmamalı idi".

Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, bunu "Tottenhem"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının ilk turunda Londonda keçirilən oyundan əvvəl komandanın tıxacda qalmasının futbolçulara təsir etdiyini bildirib: "Biz stadiona özümüz gəlməli idik. Avtobusu müşayiət etmək üçün polis yox idi. Bu amil oyunçularımıza böyük təsir etdi. Amma bu rəqibimiz uğuruna kölgə salmır. Buraya gələn kimi bizə 40 dəqiqədən sonra oyuna başlamalı olduğumuzu dedilər. Biz lazımi qədər vaxtımız olmadı. Amma belə hallar baş verən hadisələrdir".

Qeyd edək ki, "Qarabağ" Londonda 0:3 hesabı ilə uduzub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.