Ölkə

Təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olundu - VİDEO

23 Avqust 2025 16:15
Baxış: 497
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avtomobil sürücüsü digər nəqliyyat vasitəsinin hərəkətinə mane olub və təhlükəli manevrlərlə qəza şəraiti yaradıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin "050 8000 902" vatsap nömrəsinə məlumat daxil olub.

Bildirilib ki, dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

BDYPİ bir daha sürücülərə xatırladıb ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından zəruridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.