İdman

Kerem Aktürkoğludan sürpriz xəbər, imza atır - Fənərbağçaya yox dedi

23 Avqust 2025 00:12
Baxış: 405
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Benfika Fənərbağçanın Kerem Aktürkoğlu üçün etdiyi 22,5 + 2,5 milyon avroluq təklifi rədd edib və ulduz futbolçunu komandada saxlamağa qərar verib. Bu məqsədlə Keremi komandaya daha da bağlamaq istəyən Benfika, 26 yaşlı oyunçunun maaşına artım edəcək. Bildirilir ki, futbolçu ilə yeni müqavilə imzalanacaq.

Xəbərdə milli futbolçunun hazırda klubundan illik 2,8 milyon avro maaş aldığı, bu məbləğin əhəmiyyətli dərəcədə artırılacağı və 2029-cu ilə qədər olan müqaviləsinin daha da uzadılacağı qeyd olunub.

Benfikanın baş məşqçisi Bruno Laqe, Tondela ilə oyun öncəsi mətbuat konfransında Kerem Aktürkoğlu ilə bağlı açıqlama verib. Laqe bildirib:

"Kerem burada çox xoşbəxtdir, özünü Benfika'ya tamamilə həsr edib. Əks halda, mövsümə Fənərbağçaya qarşı göstərdiyi performans və bu başlanğıcı edə bilməzdi. Kerem Aktürkoğlu üçün bir təklif var və bu təklif də prezident Rui Kostanın əlindədir, amma Kerem zehni, bədəni və ruhu ilə hazır şəkildə oyunları qazanmağımıza kömək etmək istəyir."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.