Hadisə

Lerikdə torpaq sürüşməsi oldu

23 Avqust 2025 19:42
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerikdə torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Çayrud kənd sakini İnşallah Mirzəyevə məxsus həyət sahəsində FHN-nın əməkdaşları istinad divarı tikərkən iri torpaq layları qoparaq yaşayış evinin ətrafına doğru hərəkət edib. Hadisə zamanı evə ziyan dəyməsə də, nazirlik əməkdaşları burada yaşamağın təhlükəli olduğunu bildiriblər.

İnşallah Mirzəyevin sözlərinə görə, ərazidə görülməsi nəzərdə tutulan qabaqlayıcı tədbirlər artıq təxirə salınıb.

Evin isə hər an sürüşmə nəticəsində uçmaq təhlükəsi var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.