23:59
Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, saxlanılan Arsen Markaryan avtomobilin yük yerində polisdən gizlənməyə çalışıb.
Məlumatda bildirilir ki, əməliyyatçılar Markaryanın getdiyi avtomobili müəyyən edib və təsviri bütün kənar polis xidmətlərinə ötürüblər. Nəticədə avtomobil Mojaysk şossesində Kubinka şəhəri yaxınlığında saxlanılıb.
"Yol polisi müfəttişləri avtomobilin yük yerində gizlənən şübhəlinin olduğu avtomobili saxlayıblar", - idarənin məlumatında deyilir.
-----------
19:54
Erməni bloqer Arsen Markaryan Rusiyada saxlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi teleqramda məlumat yayıb.
Məlumata görə, bloqer Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir.
Belə ki, Markaryan videohostinq saytlarından birində vətən müdafiəçilərinin xatirəsinə təhqirlər əks etdirən video yerləşdirib. Daha sonra şübhəli axtarışa verilib.
Milli.Az