Qardaşlıqdan enerji və ticarətə: Üç dövlətin gələcəyə baxışı
Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin baş tutan görüşü üç ölkə arasında dərinləşən əməkdaşlığın strateji konturlarını cızdı.
Bu görüş ümumilikdə Orta Asiya və Cənubi Qafqaz bölgəsində siyasi sabitliyin, iqtisadi inteqrasiyanın və regional təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan, Türkmənistan və Özbəkistan öz coğrafi mövqelərinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında strateji körpü rolunu oynayan ölkələrdir. Bu mövqe üç dövləti qlobal enerji və nəqliyyat dəhlizlərinin əsas oyunçularına çevirir. Türkmənbaşı görüşü də bu potensialdan irəli gələrək, nəqliyyat-logistika, enerji və ticarət sahələrində konkret razılaşmalarla yadda qaldı.
Görüş çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Sənədlərə nəzər salsaq görərik ki, hamısı strateji əhəmiyyətlidir. Bunlardan biri üç ölkə arasında yüklərin və sərnişinlərin daşınması, dəhlizlərin əlaqələndirilməsi, logistika xidmətlərinin inkişafı və beynəlxalq ticarət marşrutlarının səmərəliliyinin artırılması istiqamətində imzalanan Memorandumdur. Bu sənəd, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin birgə inkişafı üçün mühüm addım kimi dəyərləndirilir.
İkinci sənəd isə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "Türkmənhavayolları" Dövlət Xidməti arasında imzalanan anlaşma memorandumunda hava əlaqələrinin genişləndirilməsi, turizm və sərnişindaşımanın təşviqi əsas hədəflər kimi müəyyən olunub. Bu ilin ilk altı ayına nəzər salsaq görərik ki, Türkmənistandan Azərbaycana səfər edənlərin sayı 15 579 nəfər olub. Məlumata görə, səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 183 nəfər və ya 1,2% artıb. Belə ki, 2024-cü ilin ilk altı ayı ərzində bu ölkədən Azərbaycana gələnlərin sayı 15 396 nəfər idi. İmzalanmış Memorandum ölkəmizə Türkmənistandan gələn turistlərin sayına da müsbət təsir edəcək.
Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın yeni inşa edilən Arxadağ şəhəri arasında "Qardaşlaşma Protokolu" nun imzalanması da böyük əhəmiyyət daşıyır. Türkmənistanın Azərbaycanın Füzuli şəhərində hədiyyə olaraq inşa edəcəyi məscid, iki ölkə arasında qədim dostluq və qardaşlıq münasibətlərinin canlı simvoluna çevriləcək. Bu təşəbbüs təkcə dini-mədəni abidə deyil, eyni zamanda Ortaq türk köklərinə, mənəvi bağlara və humanist diplomatiyaya söykənən dostluğun rəmzidir.
Enerji sahəsi də görüşdə mühüm yer tutdu. Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki "Dostluq" yatağının birgə işlənməsi məsələsində əldə edilən razılaşmalar iki ölkə arasında enerji əməkdaşlığının gələcəyini formalaşdırır. Azərbaycanın bu layihədə iştirakı regionda enerji diplomatiyasının uğurlu nümunəsi kimi çıxış edir.
SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Özbəkistanda neft yatağının işlənməsində iştirakı isə Azərbaycanın enerji sahəsindəki sərhədlərini daha da genişləndirir və ölkəmizin beynəlxalq enerji bazarlarında texnologiya və kapital ixracatçısına çevrildiyini göstərir.
Türkmənbaşı şəhərindəki görüş Azərbaycanın regiondakı lider dövlət mövqeyini bir daha təsdiqlədi. Görüş çərçivəsindəki razılaşmalar Azərbaycanın təşəbbüslərinə beynəlxalq səviyyədə olan etimadı da nümayiş etdirdi. Üçtərəfli əməkdaşlıq formatı, gələcəkdə digər türkdilli dövlətləri də bu platformaya cəlb etməyə zəmin yarada bilər.
TREND
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
XƏBƏR LENTİ
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Azərbaycanda kombilər dəyişdiriləcək?
-
Gəncədə MAN, BMW və təcili yardım maşını toqquşdu
-
İordaniyada kilsəyə silahlı hücum - 7 nəfər öldü
-
“Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?
-
İtaliyada güclü zəlzələ baş verib
-
Müğənni Cahid Hüseynlidə nadir irsi xəstəlik aşkarlandı
-
Məşhur azərbaycanlı idmançı lüks maşını ilə görüntüləndi: Ölkədə 2 ədəddir - (Video)
-
Yağış bu tarixədək davam edəcək
-
Əli Kərimlinin işi məhkəməyə göndərildi
-
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
-
Azərbaycanın “EXPO 2030 Ər-Riyad” sərgisində iştirakına dair müqavilə imzalanıb - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisası yeni obrazı ilə təəccübləndirdi – (Video)
-
Bakıda, Gəncədə və Sumqayıtda əməliyyat: 7 nəfər saxlanıldı - (Video)
-
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı
-
Prezident İlham Əliyevin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının mərkəzində 3 məşhur restoran fəaliyyətini dayandırdı
-
Velosiped sürən azyaşlıların diqqətinə: DYP-dən ciddi xəbərdarlıq
-
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
-
İşdən çıxarılmadan əvvəl işçiyə nə qədər vaxt verilməlidir?
-
Tom Skeritt vəfat etdi
-
Arda Gülərin təyyarədə təraş olması müzakirə yaratdı: “Güc sərxoşluğudur?” - (Video)
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
Ofelya Şabanova efirdə ingiliscə danışdı (Video)





