Zobu qurbağa ilə müalicə etmək düzgündürmü? - DİQQƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində zob xəstəliyindən əziyyət çəkən filankəs qurbağanın köməyi ilə tam sağaldı.
Bu mümkündürmü? Yoxsa heç bir tibbi əsası olmayan növbəti əfsanədir.
Milli.Az sağlamolun.az-a istinadən xəbər verir ki, bir çox hallarda (lakin 100% hallarda yox!) qalxanavari vəzi xəstəlikləri insanın orqanizmində yod çatışmazlığı zamanı inkişaf edir.
Qalxanvari vəzinin normal fəaliyyəti üçün ona mütləq yod lazımdır. Yod az olduqda isə vəz böyüməyə başalayır, onun fəaliyyətində müxtəlif pozulmalar baş verir və s.
Yod orqanizmimizə çox kiçik miqdarlarla içməli su, qida məhsulları və hətta nəfəs aldığımız hava ilə daxil olur. Lakin yodun bu kiçik miqdarı da qalxanvari vəzinin normal fəaliyyəti üçün kifayyət edir.
Yod çatışmazlığı dənizlərdən uzaq olan ərazilərdə (xüsusilə də dağlıq yerlərdə) müşahidə olunur. Belə yerlərdə həm suda, həm havada, həm də torpaqda yod çox az olur. Nəticədə bu ərazilərdə becərilən meyvə-tərəvəzlərin, dənli bitkilərin və s. məhsulların tərkiblərində və həmçinin suyun və havanın tərkibində olan yodun miqdarı insana lazım olandan azdır. Nəticədə insanın orqanizmində yuxarıda sadaladığımız pozulmalar (qalxanvari vəzinin böyüməsi, fəaliyyətinin pozulması və s.) baş verir.
Bəs bunların qurbağaya nə aidiyyəti var? Məsələ burasındadır ki, bir sıra bitkilərin (xüsusilə, suda bitən yosunların və s.) tərkibində və suda yaşayan canlıların orqanizmlərində (o cümlədən, qurbağanın) həqiqətən də çoxlu miqdarda yod elementi var. Məhz bu səbəbdən qədim dövrlərdə insanlar bu bitkilərin və canlıların köməyi ilə yodun defisiti ilə mübarizə aparmağa çalışırdılar. Dəniz yosunları, qoz, dəniz süngəri, qurbağalar və s. geniş istifadə olunurdu. Qurbağanı boyunun üzərinə qoyurdular, onu iyləyirdilər.
Təbii ki, müasir zamanlarda yodun defisiti ilə bağlı olan qalxanvari vəzi xəstəliklərin və pozulmaların müalicəsi üçün effektiv və sınanmış üsullar var. Bu səbəbdən əgər sizdə və ya yaxınlarınızda qalxanvari vəzi xəstəlikləri varsa, qurbağanı axtarmayın, həkimlərə müraciət edin. Əks halda siz yalnız qiymətli vaxt itirəcəksiniz və nəticədə xəstəlik daha da ağırlaşa bilər.
Bundan əlavə insan orqanizmində qalxanvari vəzi hormonların fonu pozulduqda, bu halda yodla olan müalicə deyil, xüsusi hormonal müalicə lazımdır. Belə müalicə aparılmadığı halda xəstənin səhhəti və hətta həyatı böyük təhlükə altına düşmüş olur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı





