Sağlamlıq

İsraildə beyin yeyən amöb panikası: ölən var

26 İyul 2024 06:15
Baxış: 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin şimalında bir su parkında üzən iki nəfərdə beyin yeyən amöb aşkar edilib.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, 25 yaşlı bir nəfər beyin yeyən amöbdan dünyasını dəyişib. 10 yaşlı uşaq isə analoji şübhə ilə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi sözügedən akvaparkın bağlanması barədə göstəriş verib.

Nazirlik son 2 həftə ərzində bu parkı ziyarət edən və hərarət, baş ağrısı, qusma kimi şikayətləri olan şəxslərdən səhiyyə müəssisələrinə müraciət etməyi xahiş edib.

Bundan sonra xəstəxanaya 100-dən çox insanın müraciət etdiyi bildirilir.

"Naegleria fowleri" adlı amöb burun vasitəsilə beyinə keçir. Mütəxəssislər bildirirlər ki, bu tip amöb ilə yoluxmuş insanların sağ qalma ehtimalı olduqca aşağıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.