Sağlamlıq

Sağlam insan gündə nə qədər şokolad yeyə bilər? – Dietoloq miqdarı açıqladı

14 İyul 2024 14:00
Baxış: 2 081
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnsan sağlamlığına zərər vermədən gündə 1 "plitka" şokolad yeyə bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu dietoloq Anna Belousova "NSN"ə bildirib.

"Bu, tünd şokolad olmalıdır. O, ən təsirli antidepresantlardan biri kimi təsir edir", - deyə dietoloq qeyd edib.

Onun sözlərinə görə, insan 100 qram şokolad istehlak edərək 2 min kalori olan gündəlik normanın beşdə birini almış olur.

Dietoloq şəkərin şokoladın kalorisini yüksəltdiyini xatırladıb və buna görə də kakao tərkibi 85% və ya daha yüksək olan tünd şokoladı seçməyi tövsiyə edib.

"Sağlam bir insan gündə bir "plitka" şokolad yeyə bilər. Ancaq hamısını bir oturuşda yeməməlisiniz", - dietoloq nəzərə çatdırıb.

O əlavə edib ki, artıq çəkili və ya hərhansı xəstəliyi olan insanlar gündə ən çox "plitka"nın altıda birini yeyə bilərlər.

Qeyd edək ki, həkimlər yaxşı şokoladın tərkibində kakaonun ən azı 70% olmasının vacibliyini vurğulayırlar.

Həmçinin, keyfiyyətli məhsulun tərkibində kakao yağı, kakao tozu və təbii şəkər olmalıdır.
Tərkibində lazımsız əlavələr olan şokoladları yemək məsləhət görülmür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.