Sağlamlıq

Yataraq arıqlamaq mümkündür

5 İyul 2024 01:05
Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar yuxu zamanı arıqlamağın mümkün olub-olmadığı ilə maraqlanırlar. Bəzi mütəxəssislər bunun mümkün olduğunu bildirirlər.

Milli.Az medicina.az-a istinadla yatarkən kalori yandırmaq üçün 5 qaydanı təqdim edir:

1. Yorğansız yatın!

Aşağı temperaturda yatdığınız zaman maddələr mübadiləsi sürətlənir və istirahət zamanı daha çox kalori yandırırsınız.

2. Daha çox yatın!

Kalori saymaq və idman zalında saatlarla vaxt keçirmək forma almağınıza kömək edə bilər. Lakin artıq çəkidən qurtulmağın ən təsirli və asan yolu daha çox yatmaqdır.

Tədqiqatlar göstərir ki, hər gecə əlavə bir saat yatmaq çox səy göstərmədən gündə 270 kalori daha az yeməyə kömək edir. Bu, bir il ərzində 9 kiloqram kilo itkisi deməkdir.

3. Yatmazdan əvvəl protein kokteyli için!

Protein karbohidratlardan və ya yağlardan daha termojenikdir və bədəniniz onu həzm edərkən daha çox kalori yandırmalı olur.

4. Yuxu maskası taxın!

Gecələr işığa məruz qalmaq təkcə yuxunuzu pozmur, həm də bədənin daha çox yağ yığmasına səbəb ola bilər.

Qaranlıqda yatan insanların piylənmə ehtimalı işıqlı otaqlarda yatanlara nisbətən 21 faiz azdır.

Yataq otağınızda tam qaranlığı təmin edə bilmirsinizsə, günün istənilən vaxtında demək olar ki, tam qaranlığı təmin edə bilən rahat, keyfiyyətli yuxu maskası seçin.

5. Ac yatmayın!

Daha az kalori qəbul etmək arıqlamağa səbəb olsa da, axşam yeməyindən imtina etmək əks effekt verə bilər.

Birdən-birə kalori qəbulunu azaltdığınız zaman, orqanizm avtomatik olaraq aclıq rejiminə keçir və kaloriləri qorumaq üçün maddələr mübadiləsini yavaşladır.

Yatağa ac getməməli, eyni zamanda da mədənizi çox doldurmamalısınız.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.