Sağlamlıq

Belə “zaqar” qəbul etmək təhlükəlidir

29 İyun 2024 09:19
Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay fəslində Günəş şüalarını qəbul edərkən müəyyən nüanslara diqqət yetirmək lazımdır. Çünki Günəş şüalarının insan orqanizminə xeyirli təsiri olsa da, onu zərərli formada qəbul etmək də yolverilməzdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, uzunmüddət Günəş şüaları altında qalma bütün dəri tiplərinə mənfi təsir edir. 

Çünki bəzi dəri tiplərində melanim piqmenti azdır (melanim dəriyə, saçlara, gözlərin qişasına rəng verən piqment hüceyrələridir). O, Günəş şüalarının təsiri altında sürətlə çoxalır. Bir çox tip dərilərdə də melanim piqmenti həddindən artıq az olduğu üçün Günəş şüaları altında çox qala bilmir. Nəticədə qruplaşaraq çiyinlərdə, üzdə ləkələr, çillər formasında özünü göstərir və hiperpiqment ləkələr yaradır. Ona görə yayda dərinin zərər görməməsi üçün Günəşə qarşı SPF kremlərindən istifadə etmək lazımdır.

Melanim piqmentli, yəni tünd rəngli xalların Günəş şüasından qorunması vacibdir. Təbii ki, günə qarşı kremlər istifadə olunsa belə, bu tip xallar bağlı saxlanılmalıdır. Həmin xallar paltarın örtülü hissəsinə düşmürsə, onun üzəri plastırla bağlamaq məqsədəuyğundur. 

Ümumiyyətlə, Günəş şüasını səhər saat 9-dan 11-dək və 5-dən 9-dək qəbul etmək tövsiyə olunur. Çünki uzun müddət Günəş şüası altında qalmaq olmaz. Bu, dəridə yanıqlara səbəb olar. Dəridə yanıq baş verərkən orqanizmdə zəhərlənmə olur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.