Sağlamlıq

İngiltərədə epidemiya təşvişi: ölümcül virus sürətlə yayılır

7 İyun 2024 08:25
Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə İctimai Səhiyyə Agentliyi (UKHSA) ölkədə E. coli epidemiyasının baş verdiyini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ölkə daxilində 113 nəfər adı çəkilən təhlükəli virusa yoluxub.

Səlahiyyətlilər insanların E. coli virusuna qidadan yoluxduğunu bildiriblər.

Simptomların şiddətli və bəzən qanlı ishal, mədə krampları, qusma və qızdırma olduğu vurğulanıb.

Yoluxmaların geniş coğrafi yayılmasına əsaslanaraq, çox güman ki, bu epidemiyaya ölkə miqyasında paylanmış hansısa qida məhsulu və ya məhsullarının səbəb olduğu qeyd edilib.

"Epidemiyanın mənbəyi hələlik təsdiqlənməyib. Lakin hazırda epidemiyanın açıq təsərrüfatlar, içməli su və ya dəniz suyu, göllər və ya çaylarla əlaqəli olduğuna dair heç bir sübut yoxdur", - deyə vurğulanıb.

Səhiyyə rəsmiləri, E.coli-yə yoluxanların yaş aralığının 2 -79 olduğunu, xəstələrin əksəriyyətinin isə gənclər olduğunu nəzərə çatdırıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.