Sağlamlıq

Bu meyvələr demensiyadan qoruyur

3 İyun 2024 07:16
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dəki Cincinnati universiteti tərəfindən çiyələk və qaragilə ilə bağlı araşdırma aparılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, hər iki giləmeyvənin demensiyadan (unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir ad) qoruduğu bəlli olub.

12 həftəlik araşdırma zamanı yüngül idrak pozğunluğu olan 30 şəxs arasında müşahidə aparılıb. 50-65 yaş arası iştirakçıların yarısına gündə çiyələk və qaragilə verilib. İştirakçıların uzunmüddətli yaddaşı, əhval-ruhiyyəsi və metabolik sağlamlığı izlənilib. Çiyələk və qaragilə yeyənlərin yaddaşında güclənmə olduğu, daha çox söz əzbərlədiyi bildirilib.

Təcrübə aparılan şəxslər arasında depressiya meyilliyi azalıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.