Sağlamlıq

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

12 May 2024 05:05
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetindən (Böyük Britaniya) Sebastyan Mora Hernandez bildirib.

Mütəxəssisin sözlərinə görə, daimi məşq bədənin maddələr mübadiləsinin bir çox aspektlərini tənzimləyir. Məsələn, onlar müəyyən hormonların (məsələn, insulin və estrogen kimi) aktivliyinə və konsentrasiyalarına təsir göstərir.

Fiziki fəaliyyət həmçinin hüceyrə bərpasını, lazım olduqda isə əksinə hüceyrə məhvini stimullaşdırmaqla hüceyrə funksiyasını yaxşılaşdırır. Həkim vurğulayıb ki, məhz zədələnmiş və ya arzuolunmaz hüceyrələrin aradan qaldırıla bilməməsi xərçəngin yaranmasına səbəb olan faktordur.

İdmanla məşğul olmaq aşağı dərəcəli xroniki iltihabı yatırır, bu da təkcə xərçəngə deyil, həm də ürək-damar xəstəliklərinə qarşı da faydalı təsir göstərir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.