Sağlamlıq

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

20 Aprel 2024 20:00
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kərə yağı ən sağlam yağ hesab olunur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq İrina Pisarevanın sözlərinə görə, məhsulun tərkibində D, B, A, E və PP vitaminləri var ki, bunun sayəsində ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərir və qan damarlarını gücləndirir:

"Kərə yağı alarkən, daha çox yağ faizi olan birini seçin - 82,5% ən yaxşısıdır. Bu göstərici nə qədər aşağı olarsa, məhsula bir o qədər çox bitki mənşəli yağlar daxildir. Eyni zamanda, qızartmaq üçün bu yağdan istifadə etməmək daha məsləhətlidir. Kərə yağı laktozaya qarşı dözümsüzlük diaqnozu qoyulmuş insanlar tərəfindən ehtiyatla istehlak edilməlidir. Bundan əlavə həmçinin zeytun yağı da sağlam yağlardan hesab olunur. Təmizlənməmiş soyuq preslənmiş məhsulun tərkibində A, E, D və K vitaminləri var ki, bu da ürəyin fəaliyyətini yaxşılaşdırır, həmçinin mədə-bağırsaq xəstəliklərinin riskini azaldır. Kərə yağından fərqli olaraq zeytun yağı qızartmaq üçün də istifadə edilə bilər".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.