Sağlamlıq

İnsan orqanizmi üçün günün ən pis vaxtı hansıdır?

16 Mart 2024 03:03
Baxış: 2 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, insanın əhvali-ruhiyyəsindən, sirkad (bioloji) saatından və digər amillərdən asılı olaraq səhər saat beş radələri günün ən pis vaxtıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "PLOS Digital Health Journal" tibbi nəşrində dərc olunan araşdırmada deyilir.

Tədqiqatçıların hesablamalarına görə, bu altmış dəqiqə ərzində, saat 05:00-dan saat 06:00-a qədər insanlar nə vaxt oyanmasından asılı olmayaraq, əhvali-ruhiyyələrinin daha pis olduğunu bildiriblər.

"Əhvali-ruhiyyə təbii olaraq və yuxudan asılı olmayaraq səhər ən aşağı, axşam isə ən yüksək nöqtədə olur", - deyə psixiatr və tədqiqatın aparıcı müəllifi Benjamin Şapiro bildirib.

Bunun əksinə, araşdırmalara görə, axşam saat 17:00-da əksər insanların əhvali-ruhiyyəsi daha yüksək olur.

"Biz müəyyən etdik ki, əhvali-ruhiyyə orqanizmin daxili saatı ilə əlaqəli bir ritmə uyğundur və bu saatın təsiri insan oyaq qaldıqca artır", - deyə tədqiqatın baş müəllifi Denni Forger qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.