Sağlamlıq

Xalları qopartmaq xərçəngə səbəb olur?

11 Mart 2024 06:20
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalları qanatma, qopartma, yoxsa şişə çevrilər qorxusu çoxdan var. Xalları qopartmaq dəri xərçənginə səbəb olurmu?

Milli.Az medicina.az-a istinadla xəbər verir ki, onkoloq Suna İsakova xallarda melanoma riski barədə danışıb.

"Hazırda xalların zədələnməsinin birbaşa, 100% melanomaya çevriləcəyi barədə elmi, tibbi sübut yoxdur. Analoji olaraq, xalın üstündə çıxan tükləri qopartmaq da xərçəngə səbəb olmur.

Ümumiyyətlə, bir xalın xərçəngə çevrilmə riski yüksək deyil, 90% hallarda dəri xərçəngi özü ayrılıqda yaranır.

Sadəcə, bir çox şişlər xala oxşadığı üçün insanlar xal idi, sonra xərçəng oldu deyə düşünür.

Dəri xərçəngini assimmetrik forması, sərhədləri, tünd rəngi, tez böyüməsi ilə tanımaq olar.

Əvvəldən mövcud xallarda istənilən dəyişiklik zamanı dermatoloq və ya onkoloqa müraciət etmək lazımdır.

Xalların bədxassəliyə çevrilməsinin qarşısını almaq üçün ilboyu o hissəyə SPF krem çəkib, qorumaq lazımdır. Bədənində iri xalları olanlar solyariyə getməməlidir.

Xalların çıxarılması isə dermatoloq tərəfindən aparılmalıdır. Bədənin 5% hissəsini əhatə edən, nəhəng xallar istisnadır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.