Sağlamlıq

Az yatmaq şəkərli diabetə səbəb olur - ARAŞDIRMA

7 Mart 2024 21:29
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveç alimləri az yatmağın ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyini aşkarlayıblar.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, İsveçin aparıcı təhsil ocaqlarından biri olan Uppsala Universitetinin alimləri yuxusuzluğun 2-ci tip diabetə səbəb olduğunu açıqlayıblar.

Açıqlamada hər gecə 6 saatdan az yatmağın şəkərli diabetə tutulma riskini 16 artırdığı vurğulanıb.

Qeyd olunub ki, az yuxu yaxşı və sağlam qidalanmanın müsbət təsirini də aradan qaldırır.
Təxminən 250 min ingilisin sağlamlıq məlumatlarını təqib edən elm adamları bu nəticəyə gəliblər. Onlar yuxusuzluq ilə 2-ci tip diabet arasındakı əlaqənin "sağlam pəhrizə riayət edən insanlarda belə davam etdiyini" üzə çıxarıblar. Hər gecə üç-dörd saat yatan britaniyalıların "normal" miqdarda (yeddi və ya səkkiz saat) yatanlara nisbətən bu xəstəliyə tutulma ehtimalı 41 faiz daha çox olub.

Tədqiqatçılar nəticələri təhrif edə biləcək çəki, siqaret, antidepresanların istifadəsi və aktivlik səviyyələri kimi amilləri nəzərə alıblar.

Araşdırmanı icra edən Dr. Kristian Benedikt deyib:

"Mən yuxuya üstünlük verməyi məsləhət görürəm. Yuxu uzunmüddətli metabolik sağlamlıq üçün vacibdir".

Qeyd edək ki, tədqiqatın nəticələri JAMA Network jurnalında dərc olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.