Sinir sıxılması ən çox bu peşə sahiblərində müşahidə olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bədənin hər hansı hissəsində baş verən sinir sıxılması həyat keyfiyyətinə mənfi təsir göstərir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, Anadolu Sağlamlıq Mərkəzi Beyin və Sinir Cərrahiyyəsi uzmanı Dr. Selçuk Göçmen sinir sıxılması zamanı şikayətlərin adətən uyuşma və ağrı ilə başladığını, daha sonra halsızlıq, əzələ zəifliyinə qədər irəlilədiyini bildirib.
Onun sözlərinə görə, əllərini həddindən artıq istifadə edən insanlarda, xüsusilə 40-60 yaş arası qadınlarda, pianoçularda, bərbərlərdə, kompüter arxasında çox oturanlarda, bankirlərdə, diş həkimlərində, heykəltəraşlarda və ev xanımlarında sinir sıxılması daha çox müşahidə edilir.
"Xəstələr istirahət, reabilitasiya və ya digər müalicələrlə yaxşılaşmazsa və müayinələrdə ciddi sinir sıxılması aşkarlanarsa, cərrahi müdaxilə edilir", - deyə Selçuk Göçmən vurğulayıb.
Doktor qeyd edib ki, diabet, menopoz, duruş pozğunluqları və ani arıqlama sinirlərin sıxılmasına səbəb olur.
Ən çox görülən sinir sıxılmasının biləkdə meydana gələn karpal tunel sindromu kimi tanınan klinik vəziyyət olduğunu söyləyən Dr. Selçuk Göçmen, bundan əlavə, dirsək sinirinin və dizdəki peroneal sinirin sıxılmasını da çox müşahidə etdiklərini bildirib.
Onun sözlərinə görə, sinir sıxılmasının səbəbləri arasında şəkərli diabet, revmatik xəstəliklər, qalxanabənzər vəzin xəstəlikləri, menopoz, oturma və duruş pozğunluqları, sınıqlar, hamiləlik, piylənmə, ani arıqlama, şiş, oturarkən və uzanarkən təkrarlanan yanlış hərəkətlər də var.
Sinir sıxılması müalicə edilməzsə, gündəlik fəaliyyətlərin çətinləşə biləcəyini və yerimə problemlərinin yarana biləcəyini söyləyən Dr. Selçuk Göçmen xəbərdarlıq edib:
"Əgər sinir sıxılması əldədirsə, xəstələr çanta daşımaq, yazmaq, stəkan tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə ciddi çətinliklər yaşayırlar. Ayaqlarda sinirin şiddətli sıxılması zamanı xəstə normal yeriyə bilmir. Bu, büdrəmək və yıxılmaq, pilləkənləri çıxa bilməmək və ya avtomobil idarə edə bilməmək kimi problemlərə gətirib çıxarır".
Həkim şiddətli sinir sıxılmasının ancaq əməliyyatla müalicə edilə biləcəyini diqqətə çatdırıb:
"Əməliyyat təxminən 30 dəqiqə çəkir. Yüngül və orta dərəcəli sinir sıxılmalarında isə tətbiq edilən konservativ müalicə sinirdəki təzyiqi aradan qaldırır, müalicədə iltihab əleyhinə dərmanlar da yazıla bilər və ya kortizon iynəsi vurmaq olar".
Selçuk Göçmen sinir sıxılmasının qarşısını almaq üçün tövsiyələr də verib:
- Əyləşərkən, uzanarkən və ayaq üstə dayanarkən duruşunuza diqqət edin. Uzun müddət yanlış vəziyyətdə qalmayın. Məsələn, uzun müddət ayaqlarınız çarpaz vəziyyətdə oturmayın.
- Ev xanımısınızsa, əl ilə görülən işlərdə təkrarlanan hərəkətlərdən çəkinin.
- Daim klaviatura/siçan istifadə edirsinizsə, biləklərinizi uzun müddət bükülmüş vəziyyətdə saxlamayın.
- Masada və ya başqa yerdə dirsəklərinizə çox yaslanmayın.
- Ağır yük daşımayın.
- Oynaqları və əzələləri güclü saxlamaq üçün müntəzəm olaraq dartınma məşqləri edin.
- Şəkərli diabet, zob və ya revmatoloji xəstəliyiniz varsa, rutin müayinə və müalicələrinə laqeyd yanaşmayın.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
XƏBƏR LENTİ
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu





