Sağlamlıq

Estetik əməliyyatdan sonra bunlara DİQQƏT EDİN: Həkim danışdı

18 Fevral 2024 16:43
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rinoplastika əməliyyatı burnunun formasını və funksiyasını düzəltmək istəyən bir çox insan üçün bir seçim ola bilər. Estetik Plastik və Rekonstruktiv Cərrahiyyə Mütəxəssisi Serdar Öztürk bu cərrahi əməliyyatdan əvvəl və sonra nəzərə alınması lazım olan bəzi vacib amilləri açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, əməliyyatdan əvvəl xəstələrin diqqət etməli olduğu ilk şey uyğun plastik cərrahı seçməkdir. 

Onun sözlərinə görə, uğurlu nəticələr əldə etmək üçün təcrübə çox vacibdir:

"Cərrahın xəstənin istəklərini başa düşməsi və ünsiyyət qurması da nəticəyə böyük təsir göstərə bilər. Bundan əlavə, əməliyyatdan əvvəl sağlamlıq vəziyyəti qiymətləndirilməlidir. Həkimlər əməliyyatdan sonra sağalma prosesini sürətləndirmək üçün xəstələrə sağlam həyat tərzi keçirməyi tövsiyə edir. Cərrahiyyə əməliyyatının nəticəsini əldə etmək üçün uzun müddətə ehtiyac var. Bunun üçün səbirli olmaq lazımdır. Hər hansı problem və ya ağırlaşmalar zamanı həkimə müraciət etmək lazımdır. Rinoplastika əməliyyatı şəxsi qərardır və mütəxəssis cərrahın nəzarəti altında aparılmalıdır. Ona görə də xəstələrin həkimlərin tövsiyələrinə əməl etmələri və bütün suallarını açıq şəkildə verməkdən çəkinməmələri vacibdir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.